Zövqlü yaşamı sevənlərə
+994 50 789-01-51
VETRO DESIGN
» » Cam Balkon

Cam Balkon


Cam balkon - çərçivəsiz, tam açılaraq yanlara yığılan şüşəbənd sistemləridir. Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur. Məkanlara rahatlıq və maneəsiz mənzərə qazandıran bu sistemlərdə şüşə lövhələr alüminyum rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Ilin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə məkanı istədiyiniz zaman tamam, qismən bağlamaq, və ya bütünlüklə açmaq, ya da küləyi istiqamətləndirmək kimi fərqli imkanlar verir. Istifadə olunan şüşələrin zərbəyədavamlı, yəni temperli olması, təhlükəsizliyinizi təmin edir. Bundan əlavə özündən pərdəli sistemdən istifadə etməklə günəş işığının qarşısını bütünlüklə və ya qismən ala bilərsiniz. Profillər alüminyum olduğundan paslanmır ki, bu da sistemin ömrünü bir bina ömrü qədər uzun edir. Çərçivəsiz şüşəbənd sistemləri eyvanın arxitektur quruluşunu pozmur, hətta bir çox rəng çeşidinin olması məkana dekorativ və estetik bir görünüş də bəxş edir. Ən önəmlisi isə sizi ətraf mühitin mənfi təsirlərindən – külək, yağış, toz, səs və s. qoruyur. hemcinin şüşə arakəsmələr, duş kabinlər, tentə sistemləri sizə təklif edirik çatdırılma və quraşdırılma pulsuz 2 il qarantiya
27-07-2016, 12:19 / Məlumat
up